"İnsan hüquqları aylığı" çərçivəsində tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan 18 may- 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində məktəbdə tədbir həyata keçirildi.
İlk olaraq may ayının 3-də məktəbin tarix müəllimi İlham Kərimli məktəblilərin iştirakı ilə "İnsan və vətəndaş hüquqları" adlı maarifləndirici tədbir keçirdi. Tədbirdə mövzu haqqında ətraflı məlumat verilərək, hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq kimi hüquqlarından danışıldı. Azərbaycan Respublikasının konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verilərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmi diqqətə çatdırıldı.