"Valideynin məktəbdə bir günü" layihəsi davam etdirilir

    "Ailəm və məktəbim" layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin Tədbirlər Planına uyğun aprelin 28-də bir qrup valideyn məktəbə dəvət olunub. 

    Valideynlər qarşılanaraq övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanış olmaları, məktəbin tədris resursları, məktəbdə həyata keçirilən layihələr barədə məlumat aldıqdan sonra, tədris prosesini əyani izləyiblər. Valideynlər məktəb kitabxanası, məktəb yeməkxanası, idman zalı, akt zalını gəzərək öz fikir və təkliflərini bildiriblər. Sonra məktəb psixoloqu ilə valideynlərin görüşü keçirilib. Psixoloq Firuzə Rəhimova valideynlərlə "Kiçik yaşlı məktəblilərin psixoloji xüsusiyyətləri, qarşılaşdığımız problemlər və həlli yolları" adlı mövzuda maarifləndirmə işi aparıb. Görüşdə valideynləri maraqlandıran suallara cavab verilib. 

    Qeyd edək ki, layihənin məqsədlərindən biri cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi