Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması mövzusunda seminar keçirildi
Aprel ayının 27-də "Ailəm və məktəbim" layihəsi çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün seminar keçirildi. Tədbirdə SOS Uşaq Kəndinin sosial işçisi Səbuhi Məmmədli, Almaz Məmmədova və psixoloq Aynur Rəhimova iştirak edirdilər. İlk öncə Səbuhi Məmmədli SOS Uşaq Kəndinin yaranması, layihələri və keçirilən tədbirlər barədə qısa məlumat verdi. Söhbətdə uşaq hüquqlarına toxunan Səbuhi Məmmədli valideynləri maraqlandıran sualları da cavablandırdı. Seminarda ümumi təhsil müəssisələrində şagirdlərin aqressiv davranışa, bullinq və qısnamalara məruz qalmasına qarşı maarifləndirmə məqsədilə təşkil olunduğunu iştirakçıların diqqətinə çatdıran psixoloq Aynur Rəhimova, məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etməsini vurğuladı. Seminarda valideynlərə insan hüquqları, ümum təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq davranışının təsirləri və bu davranışın profilaktikası üçün əlverişli, sosial-psixoloji mühitin yaradılmasının vacibliyindən danışıldı.