İNSAN HÜQUQLARI AYLIĞI"ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ

    Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları Günü" kimi qeyd olunur. 

    Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilir. 

    Bununla əlaqədar, aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın şəhər və rayonlarında olduğu kimi 126 nömrəli məktəbdə də insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilmişdir. 

"İnsan Hüquqları Aylığı" çərçivəsində keçirilən tədbirlərdən biridə 7d sinfində Psixoloq Zöhrə Ibrahimovanın təşkilatçılığı ilə reallaşdırılmışdır. 

    Tədbirdə insanların hüquqlarından, bu hüquqların əhəmiyyətindən, insan azadlıqlarından, insanın  həyatında özünütəyinetmə və özünüreallaşdırma seçiminin reallaşdirilmasi və s. kimi məsələlər müzakirə edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi