Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dərs

    Aprelin 27-də məktəbin 1E sinif müəllimi Şənay Muxtarovanın təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi məqsədilə xüsusi dərs keçirildi.  İlk öncə Şənay Muxtarova müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadimi Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışdı. Ulu öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək bizim vətəndaşlıq borcumuzdur. Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhz edən videoçarx nümayiş olundu, şeirlər səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi