İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ
Məktəbdə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının ( 2022-2023 illər) müvafiq bəndinin icrası məqsədi ilə məktəbin psixoloqu 7 sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirtdi.
Məktəbin psixoloqu Zöhrə Ibrahimova çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Psixoloq şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.
Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər, kitabçalar, çap materialları paylanıldı.