Kitab ən yaxın dostunuzdur

    Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

    Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir.

    Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir.

    Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.

    Bu məqsədlə də məktəblər arasında müazkirəli kitab oxumaq təşəbbüsü reallaşdırılmışdır. Belə ki, 269 nömrəli tam orta məktəb bizim məktəbin şagirdlərini qonaq olaraq kitab müzakirəsinə dəvət etmiş və nəticədə çox maraqlı bir görüş alınmışdır. Məktəbin kitabxanasında şagirdlər dəyirmi stol arxasında toplaşaraq Cəlil Məmmədquluzadənin hekayələri haqqında fikir mübadiləsi aparmış, böyük ədibin həyat və fəaliyyətindən maraqlı məlumatlar paylaşmışlar.

    Sonda şagirdlər tədbirdən razı qaldıqlarını və məktəblərarası yarış tipli tədbirlərin daha çox olmasını arzuladıqlarını bildirdilər. Bu təbliğat növü mütaliə həvəsinin artması ilə yanaşı onlarda özünəqiymətləndirmə bacarığını da inkişaf etdirmiş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi