31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi - hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
Bu gün məktəbdə dərslərdə və təşkilat saatlarında şagirdlərə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə həyata keçirilmiş soyqırımı siyasəti barədə məlumat verildi.
Qeyd olundu ki, azərbaycanlılara qarşı soyqırım siyasətinin uzun tarixi olsa da, öz hüquqi-siyasi qiymətini yalnız ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1998-ci il 26 mart tarixli Fərmanından sonra almışdır, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb olunmuşdur.
44 günlük müharibədə qazanılan möhtəşəm qələbədə 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, qədim, əzəli torpaqlarımız azad olundu. İndi artıq bu torpaqlarda geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Güclü Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarımıza göz tikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə layiqli cavab verəcəkdir.