Reproduktiv sağlamlıq haqqında maarifləndirmə
Reproduktiv sağlamlıq dedikdə, əsasən, nəsil artımı qabiliyyətinin olması və azad seçim nəzərdə tutulur. Başqa sözlə desək, reproduktiv sağlamlıq-reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.
Məktəbdə mütəmadi olaraq müvafiq qurumların əməkdaşları ilə şagirdlər arasında, xüsusilə də yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işləri aparılır, seminarlar təşkil olunur.
Bu gün 257 nömrəli məktəbin VI sinif qızları arasında "Reproduktiv sağlamlıq" mövzusunda görüş təşkil olundu.Tədbirdə təşkilatın əməkdaşı görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdi, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər apardı. Təlimçi bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğuladı.