Novruz milli bayramımızdır

    17 mart 2023-cü il tarixdə məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinə uyğun "Novruz milli bayramımızdır" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə Novruz bayramının tarixi kökləri, qeyd olunan adətləri haqqında söz açılıb. Şagirdlərin iştirakı ilə bayramın tarixi dəyəri, adət -ənənələri, Novruzun rəmzlərini əks etdirən səhnəciklər nümayiş olunub. Şeirlər söylənib, mahnılar oxunub. Tədbirə Bahar qızı, Kosa, Keçəl xüsusi rəng qatıb. Milli geyimlərdə şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verib. Tədbirdə Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının xüsusi yeri olduğu bildirilib, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb. 

    Qeyd edək ki, layihənin keçirilməsində məqsəd dəyərlərimizi qorumaq, şagirdlərdə milli-mənəvi dəyərlərə məhəbbət ruhu tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi