Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa keçirildi

    Martın 15-də məktəbin tarix müəllimi Səbinə Məlikova  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 9-cu sinif şagirdləri ilə dəyirmi masa keçirdi. 2023-cü ilin "Heydər Əliyev ili" kimi qəbul olunmasını Ulu Öndərə sədaqətin bariz nümunəsi olduğunu qeyd edən Səbinə Məlikova bildirdi ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür.
    Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafındakı rolundan söz açılaraq Ulu Öndərin təhsilə aid məhşur kəlamlarından stat gətirildi. Sonda Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətini əks etdirən videolent təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi