"Dəyərlərimizi qoruyaq!" adlı sinif təşkilat saatları

    Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə 2023-cü ilin mart-dekabr aylarında "Dəyərlərimizi qoruyaq!" adlı layihənin keçirilməsi tövsiyə olunub. 

    Martın 14-də məktəbdə Novruz bayramı ilə bağlı təşkilat saatları keçirilib. Təşkilat saatında Novruz bayramının mənşəyi və tarixindən söz açılıb. Qeyd olunub ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi -mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının iclasında 21 mart tarixi "Beynəlxalq Novruz Günü " kimi elan edilmişdir. 

    Hazırda bu bayram eyni qayda ilə qeyd olunur. Şagirdlərə Novruz bayramında keçirilən adətlərdən söz açılıb, səməni əkmək, tonqaldan tullanmaq, qulaq falına çıxmaq, papaq atmaq, yumurta döyüşdürmək kimi ənənələrin nəsildən-nəslə ötürülməsinin vacibliyindən danışılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi