“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir
13.03.2023-cü il tarixində Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin 8 və 9 -cu sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Seminar zamanı məktəbin Psixoloqu Zöhrə İbrahimova reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.
Tədbirin sonunda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.