"Erkən nigahın fəsadları" adlı sinif təşkilat saatları

    Bir sıra dövlət sənədlərində uşaq və yeniyetmələrin reproduktiv sağlamlığına xüsusi diqqət yetirmək qarşıya məqsəd kimi qoyulur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda da bu məsələyə toxunulur. Sənədin “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” başlıqlı 6.6 bəndinin 3 alt-bəndi bu mövzuya toxunur

    Bu məqsədlə bu il üçün mart, aprel  ayı ərzində  VIII-IX sinif oğlan və qızlarına “ Erkən nigahın fəsadları”, IX sinif oğlan və qızlarına “Qohumlararası nigahların fəsadları”  məşğələləri keçirilməlidir. Məşğələləri oğlan və qızlara ayrılıqda keçirilməsi daha məqsədəuyğun sayılmışdır. Məşğələlər metodik vəsaitdə yazılan ssenarilərə uyğun aparılmalıdır. Məşğələlərdə möcüzə xarakterli çıxışlar deyil, elmi-populyar mühazirələr, səmimi müzakirə və aydınlaşdırmalar, psixoloji oyunlar, müxtəlif situasiyaların təhlili aparılmalıdır. Müxtəlif kino və videomateriallardan, mətbuat mənbələrindən istifadə məşğələnin səmərəsini yüksəldir. Şagirdlərə fərdi yanaşmaq, konkret problemlərin həllini tapmağa çalışmaq kursa qarşı maraq yaradacaqdır.

    10 mart 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbin VIII-IX sinif oğlan və qızları ilə “ Erkən nigahın fəsadları” adlı seminar keçirilmişdir. Seminarı məktəbin biologiya müəllimi Maarifə Şəkərova təşkil etmişdir. O, şagirdlərə erkən yaşlarda olan nigahın hansı fəsadlar və problemlər yaradacağı barədə məlumatlar vermiş, sonra videoslaytlarda da bunu nümayiş etdirmişdir.

    Məktəbdə bu yöndə məşğələ və seminarlar davam edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi