Şagirdlərin uğurları
SASMO ( Singapore and Asian Math Olympiad) beynəlxalq turniri 2006-cı ildə Sinqapurda yaradılmış riyaziyyat olimpiadasıdır. Olimpiadanın keçirilməsində məqsəd riyazi bacarığı olan məktəbliləri müəyyənləşdirməklə yanaşı, həm də daha böyük kütləni riyaziyyat elminə marağını artırmaqdır. Bu bir fərqi yarışdır və iki turdan ibarətdir. Hər il dünyanın 20-dən çox ölkəsindən məktəblilər bu olimpiadada iştirak edir.
Sinqapur SASMO riyaziyyat olimpiadasında məktəbin şagirdləri fəal iştirak edib. Olimpiadada iştirak edən şagirdlərdən 4 g sinif şagirdi Kamran Camirzəyev II yer, 9 f sinif şagirdi Elmir Xələfbəyli III yerə layiq görülüblər. Ən yüksək nəticə I yerə isə 3b və 4g sinif şagirdləri Tunar və Ömər Qarayev qardaşları layiq görülüb. Şagirdləri ürəkdən təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.