"İdman həftəsi" başa çatdı
" 5 mart - Bədən Tərbiyə və İdman Günü " ərəfəsində 27 fevral - 3 mart 2023 -cü il tarixində keçirilməsi nəzərdə tutulan idman həftəsinin son günündə proqrama uyğun tədbirlər keçirilib. ll - Xl sinif şagirdləri arasında " Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq " adlı esse yazılıb.
V-X sinif şagirdləri hazırladıqları insan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları adlı təqdimat nümayiş olunub.
Tədbirlər yekunlaşdırılıb və tədbirdə fərqlənən şagirdlər diplomlarla mükafatlandırılıb. Məktəbin akt zalında toplaşan müəllim və şagirdlərin məktəbin direktoru Qarat Qaratov salamlayaraq, idman həftəsinin yekunlaşdığını qeyd edib. İdmanın sağlamlığa faydasından danışan məktəb rəhbəri qeyd edib ki, şagirdlərin idmana olan böyük marağı sevindirici haldır.
İdman həftəsində fərqlənən şagirdlər diplomla mükafatlandırılıb, onlara yeni -yeni idman uğurları arzulanıb. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.