İdman həftəsinin üçüncü günü

    Martın 1-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən "İdman həftəsi" layihəsi çərçivəsində şagirdlər  sağlam qidalanma ilə bağlı maarifləndirilib.  Şagirdlərə sağlam qidalanmanın gənc nəslin təhsili prosesində, fizioloji yetkinliyində və bir vətəndaş kimi formalaşmasında mühüm rolundan danışılıb, bu işin təhsil ocaqlarında tətbiqinin vacibliyi vurğulanıb. Azyaşlı məktəblilərə mütəşəkkil qidalanma prinsiplərinin  öyrədilməsi, hər hansı bir qidanın sağlamlığa təsiri və onun əhəmiyyəti barədə ətaflı məlumat verilib. Məktəbin 7 A sinif şagirdləri sağlam qidalanma ilə bağlı hazırladıqları səhnəcik maraqla qarşılanıb. Bu gün layihə çərçivəsində I və IV sinif şagirdləri arasında rəsm işlərindən ibarət  rəsm müsabiqəsi keçirilib. Şagirdlərin çəkdikləri rəsmlər nümayiş olunub, qaliblər müəyyənləşib.

    Proqram əsasında bu gün şagirdlər arasında “Ən sürətli şagird” qaçış yarışı  keçirilib. Fiziki tərbiyə müəllimləri tərəfindən keçirilən yarışda 20, 30 və 60 metrədək məsafəyə qaçan şagirdlər arasında qaliblər müəyyən olunub.

    Qeyd edək ki, layihənin keçirilməsində məqsəd şagirdlərdə fiziki tərbiyə və idmana olan marağı artırmaq, sağlam həyat tərzinin formalaşmasında əsas rol oynayan idmanın təbliğidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi