“Olimpiya oyunları uşaqların gözü ilə” əl işi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi davam edir. Layihənin ikinci günündə şagirdlər arasında idman viktorinası keçirilir. Həm kiçik, həm də böyük yaş qrupların da şagirdlər komanda şəklində yarışıblar. Əvvəlcədən idman və sinif müəllimləri tərəfindən hazırlanmış suallar şagirdlərdə böyük maraq yaradıb. Suallar idmanın bütün sahələrini əhatə edib. Yarışın sonunda qaliblər müəyyən olunub. Bu gün həmçinin məktəbdə “Olimpiya oyunları uşaqların gözü ilə” adlı sərgi təşkil olunub. Əl işlərindən ibarət sərgidə II-IV sinif şagirdləri iştirak edib. Şagirdlər kağız, plastilindən düzəltdikləri işləri sərgiləyiblər. Əl işləri ilə seçilən şagirdlər sonda mükafatlandırılacaq.

    Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi