"İdman həftəsi"nə start verildi
27 fevral -3 mart tarixlərində 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi ölkənin bütün ümumtəhsil müəssisələrində idman həftəsi keçirilməsini nəzərdə tutur.
Bu gün 27 fevral tarixində məktəbdə "İdman həftəsi"nə start verildi.
İlk olaraq məktəb həyətində fiziki tərbiyə müəllimlərinin iştirakı ilə səhər gimnastikası edildi.
Siniflərdə şagirdlərə idman növləri haqqında məlumat verildi. Məlumatla bağlı videoçarxlar nümayiş olundu.
Məktəb psixoloqu Zöhrə İbrahimova 9 A sinfində idmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda maarifləndirmə işi apardı.
Psixoloq şagirdlərə hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirməli olduğunu izah edərək məqsəd aydınlığı olmadığı yerdə fəaliyyətə başlamağın düzgün olmadığını, nəticənin necə olacağına biganəlik göstərmək, fəaliyyətin təsirinə yanlış təsir edə biləcəyini izah etmişdir.
Qeyd edək ki, "İdman həftəsi" layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.