Xocalı faicəsinə həsr olunmuş dərslər ( X-XI siniflər)

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq, ümumi təhsil pilləsinin bütün səviyyələri üzrə 257 nömrəli tam orta məkəbdə dərs nümunələri hazırlanmışdır.

    Məktəbin 10-11-ci siniflərində “Xocalı soyqırımı insan hüquqlarının pozulması prizmasından” mövzusunda dərslər keçirilmiş, Xocalı faciəsi barədə faktların müzakirəsi üzrə işlər aparılmışdır.

     İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyalar və onların maddələri haqqında şagirdlərə geniş məlumat verilmiş, onların fikirləri dinlənilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi