"Xocalı faciəsi"nə həsr olunmuş xüsusi dərslər ( v-ıx siniflər)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq, ümumi təhsil pilləsinin bütün səviyyələri üzrə 257 nömrəli tam orta məkəbdə dərs nümunələri hazırlanmışdır.
Məktəbin 5-9-cu siniflərində “Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” mövzusunda dərslər keçirilmiş, dünyada törədilmiş müxtəlif faciələr : Hindu soyqırımı, Holokost və Xocalı faciəsi barədə şagirdlərə məlumat verilmişdir.
Şagirdlər aşağıdakı suallar ətrafında müzakirəyə dəvət edilmiş, onların fikirləri dinlənilmişdir.
Holokost Qurbanlarının Beynəlxalq Anım Gününün qeyd edilməsinin hansı
əhəmiyyəti vardır? Sizcə, Yeni dünyanın kəşfinin ardınca gedən bu prosesləri soyqırımı hesab etmək
olarmı? Fikirlərinizi əsaslandırın. Tarixi materialları müqayisə edin. Hindu, Holokost və Xocalı genosidinin oxşar və fərqli cəhətlərini qeyd edin.