Xocalı soyqırımı dərsləri

    Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər fevral ayının 23 və 24 -də Xocalı soyqırımı: xalqa qarşı zorakılıq mövzusunda məktəbin bütün ibtidai siniflərində keçirildi. Dərslərdə şagirdlərə 31 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş soyqırımdan bəhs olundu. Bu dəhşətli faciənin qurbanlarından söz açıldı.

    Dərsdə şagirdlərə soyqırımın hansısa təzahürü barədə düşünməsi və bunu sözlə deyil üz ifadələri ilə nümayiş etdirilməsi tapşırıldı. Bunun nümayişi üçün "dondurulmuş səhnə" hazırlandı. Şagirdlər duruşu, üz ifadəsi ilə rollarını əks etdirdilər.

    Siniflərdə Xocalıya həsr olunmuş şeirlər, ağılar söylənildi:

    Yerdə qalsa belə qan, 

    Əl üzülər dünyadan!

    Məğrurdur Azərbaycan!

    Cəzasız qalmayacaq

    Törədən cinayəti!

    Dəhşətlər, dəhşətidir

    Xocalı müsibəti!

    Həqiqətəndə bu qan yerdə qalmadı. 44 günlük müharibədə xalqımız yüksək birlik nümayiş etdirdi. Ön cəbhədə hərbiçilərimizin sücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsində bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi