Təhsil Tələbə Krediti Fondunun əməkdaşları məktəblilərlə görüşdü
Fevralın 23-də məktəbin IX və XI sinif şagirdlərinin Təhsil Tələbə Krediti Fondunun əməkdaşları ilə görüş keçirildi. Görüşdə fondun əməkdaşı Emin Şeydayev və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Sura Əzizli iştirak etdi. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov qonaqları salamlayaraq görüşün məktəblilər üçün əhəmiyyətli olduğunu vurğuladı. Emin Şeydayev Təhsil Tələbə krediti Fondunun yaradılması və ondan istifadə qaydaları haqqında məlumat verdi. Bildirdi ki, abituriyentlər ödənişli təhsil almaq istəsələr bu zaman fonda güvənərək təhsillərini davam etdirə bilərlər. Belə ki, kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. Bu məbləğ tələbəyə deyil, ali təhsil müəssisəsinə verilir. Kreditlər 2 qrupa bölünür: Birinci qrupa sosial həssas tələbələr, ikinci qrupa isə standart kredit daxildir. Yaxşı oxuyan tələbəyə güzəştlər olunur, həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında özəl ali təhsil müəssisəsində də təhsil alan tələbələr tələbə təhsil krediti ala biləcək.
Sura Əzizli məktəblilərə tanıtım çarxı nümayiş etdirərək iştirakçılarla sorğu keçirdi. Qeyd olundu ki, düzgün peşə seçimi gələcək karyeranın təməlidir. Onun üçün də gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarıı, məşğulluq haqqında məlumatlılıq səviyyəsini və peşəkarlığı artırmaq məqsədəuyğundur.