8-9-cu siniflərdə monitorinq
07 fevral 2023-cü il tarixində məktəbdə Monitorinq 3 təşkil olunmuşdur. Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir. Monitorinq azərbaycan və rus bölmələrində iki variantda aparılmışdır.