Gənclər Günü ilə bağlı tədbir keçirildi
03 fevral 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbdə vətənpərvərliklə bağlı "2 Fevral Gənclər günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbir 44 günlük Vətən müharibəsində şəhid olmuş gənclərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova çıxış edərək müasir gənclər hərəkatının inkişafı üçün atılan addımlar ,gənclərin mənəvi inkişafı ,vətənpərvərlik tərbiyəsi və bir çox sahələrdə gəncliyin inkişafına yaradılan şəraitdən söz açaraq Azərbaycan Respublikasının Ümummili lideri Heydər Əliyev tərəfindən təməli qoyulan“Gənclər Günü” münasibəti ilə Azərbaycan gəncliyini və məktəbin gənclərini təbrik etdi.
Tədbirin digər iştirakçıları da Respublikamızın Prezidenti Heydər Əliyevin davamçısı İlham Əliyevin gənclərimizə göstərdiyi qayğıdan danışaraq şagirdlərlə səmimi söhbət aparıldı .