Məktəbimizdə "İcma Mərkəzinin yaradılması" layihəsinə start verildi
"2022-2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəktəklənməsi" qrant müsabiqəsi çərçivəsində SOS Uşaq Kəndləri -Azərbaycan Assosiasiyası tərəfindən icra edilən "İCMA mərkəzinin yaradılması" layihəsinə start verilmişdir.
Qeyd edilən layihəyə məktəbimiz də cəlb edilmişdir.
Layihə məktəbimizin 10 müəllim heyətinin mütərəqqi təcrübələrə yiyələnməsi və tətbiqi üçün ölkəmizin və dünyanın qabaqcıl təhsil məktəblərinin təcrübəsini bölüşməyi planlaşdırır. Müəllim-valideyn iş birliyini gücləndirmək üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək və 10 valideyn təlim və məlumat sessiyalarına cəlb olunacaq. Eləcə də həm layihə barəsində məlumat bölüşmək, həm də məktəblə yeni əməkdaşlıq imkanların müzakirə etmək üçün 1 müəllim-valideyn forumu keçirmək nəzərdə tutulub. Həmçinin gündəlik dərslərini mənimsəməkdə dəstəyə ehtiyac duyan 20 uşaq üçün seçdikləri 2 fənn üzrə əlavə dərnəklərin təşkil olunması nəzərdə tutulub.