“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən "İcma Mərkəzinin yaradılması"layihəsi
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ulu öndər Heydər Əliyevin bizə yadigarıdır. İctimai Birlik 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Hazırda “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi bu qurumun təsisçisi və fəxri prezidenti Sevil Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərir.
“2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası tərəfindən icra edilən “İCMA Mərkəzinin yaradılması” layihəsinə 257 nömrəli tam orta məktəb də cəlb edilmişdir. Bu layihəyə məktəb üzrə 10 nəfər uyğun fəal müəllimin, 10 nəfər valideynin və 10 nəfər məktəblinin müəyyənləşdirilməsi və hər qrup üzrə layihədə nəzərdə tutulan təlim və məlumat sessiyalarının və müəllim-valideyn forumunun təşkil olunması daxildir.