I yarımilin yekunlarına dair Pedaqoji Şuranın iclası

31 yanvar 2023 - ci il tarixdə məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Qarat Qaratov, təlim - tərbiyə işləri üzrə direktor müavinləri :Təranə Vəliyeva, İradə Seyidova, ibtidai siniflər üzrə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova, tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova və müəllimlər iştirak etdilər.
Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Qarat Qaratovun çıxışı ilə başlandı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.
Sonra I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı, 2022-2023 - cü dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı.