Şəhidlər Xiyabanı and yerimizdir
Sinə gərib dünyanın
Payızına, qışına,
Həmişə qərq olubdur
Gül -çiçək yağışına
Şəhidlər xiyabanı
Bu gün hər birimizin qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimizə çevrilib. Bu günlərdə Vətənin igid övladlarının xatirəsini yad etməyə gələn insan axınının ardı-arası kəsilmir, məzarlar, xiyabana gələn yollar qırmızı qərənfil yağışına qərq olur. Bu müqəddəs məkanı ziyarət edənlər arasında məktəbin müəllim və şagirdləri də yer alıb. Hər birimiz şəhidlərin qarşısında baş əyərək and içirik: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!