1-cilər 20 Yanvar faciəsini yad etdilər
Yanvarın 18-də 1 Ç sinif müəllimi İlhamə Həsənova təsviri incəsənət dərsi 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunub.
Dərsdə 20 Yanvarın tariximizə vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq səlnaməsi kimi daxil olduğu vurğulanıb. Qeyd olunub ki, Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Şagirdlər 20 Yanvar faciəsi haqqında düşüncələrini çəkərək nümayiş etdilər.