Məktəbdaxili qiymətləndirmə- BSQ-lərin keçirilməsi
Artıq 2022-2023-cü tədris ilinin I yarımili başa çatmaq üzrədir. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirməyə- şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasına start verilib.
257 nömrəli tam orta məktəbdə də 16 yanvar 2022-ci il tarixindən Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılıb. Məktəbin 7-ci siniflərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə BSQ-lər keçirillmişdir.
Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.