Məktəb psixoloqu şagirdlərlə növbəti maarifləndirmə işi
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" na uyğun işlər davam etdirilir.
Məktəb psixoloqu Zöhrə İbrahimova bir qrup şagirdlərlə "işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə konveksiya"nın və onun Fakultativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə işi aparıb. Seminar məşğələdə qeyd olunub ki, Konveksiyanın 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu maddə ilə nəzərdə tutulan hüquq mütləq hüquqdur. Qeyri insani rəftar anlayışı ən azı elə rəftarı əhatə edir ki, kəskin mənəvi və ya fiziki əzablar verilir, buna isə haqq qazandırmaq olmaz. Əgər fərdə qarşı rəftar və ya ona verilən cəza onu başqaları qarşısında kobud surətdə alçaldırsa və ya onu öz iradəsi yaxud vicdanı əleyhinə hərəkət etməyə məcbur edirsə, belə rəftarı ləyaqəti alçaldan rəftar hesab etmək olar. Məşğələnin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.