“e Twinning” layihəsi çərçivəsində regional konfrans

    19-21 dekabr 2022-ci il tarixlərində Şamaxıda “e Twinning” layihəsi çərçivəsində üçgünlük regional konfrans keçirilib. Konfransda, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, Azərbaycanın 16 bölgəsindən 59 nəfər müəllim və digər nümayəndələr iştirak edib.
    Konfransın əsas məqsədi region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil, beynəlxalq tərəfdaşların tapılması olub. Eyni zamanda müəllimlər üçün XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələrin təşkili də konfransın gündəliyində öz əksini tapıb. 
    Konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlaşdırılması, mövzuların milli kurikuluma inteqrasiyası ilə bağlı müxtəlif təlim və müzakirələr təşkil olunub.  
    Qeyd edək ki, konfransın nəticəsi olaraq 26 ortaq dərs modeli yaradılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi