"Oxu bacarıqlarının yoxlanılması" üzrə monitorinq
257 nömrəli tam orta məktəbin Tədbirlər planına əsasən məktəbdə "Oxu bacarıqlarının yoxlanılması" üzrə monitorinq həftəsinə start verilmişdir.
Yoxlamaya ilkin olaraq 5-ci siniflərdən başlanılmışdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Hüseynova Bahar və təlim-tərbiyə işləri üzrə direktpr müavini Seyidova İradə dərslərdə oturaraq şagirdlərin oxu bacarıqlarını- onların düzgün şəkildə orfoepik qaydalara riayət etməsi, nitqin tonu, intonasiya, sürət bacarıqlarını monitorinq etmiş və bütün bunlarla bağlı müəyyən qeydlər götürmüşlər.
Qeyd edək ki, şagirdlərin oxu bacarıqlarının yoxlanılması üzrə monitprinq digər siniflərdə də keçiriləcəkdir.