Valideynlərlə görüş
14 dekabr 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilmişdir. Görüşün məqsədi məktəbin 5-ci sinfində təhsil alan şagirdlərin valideynlərini monitorinq nəticələri ilə taniş etmək olmuşdur. Məktəbin direktoru Qarat Qaratov və təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Seyidova valideynləri monitorinqi keçirilmiş fənlərin nəticələri ilə tanış etmiş, onları maraqlandıran suallara cavab vermişlər.
Valideynlərdən bəziləri çıxış edərək məktəbin idarə heyətinə təşəkkür etmiş,belə monitorinqlərin tez-tez keçirilməsinin onların övladlarının bilik və bacarıqlarında böyük rol oynadığını söyləmişlər.