Monitorinq həftəsi
257 nömrəli tam orta məktəbdə monitorinqlər davam etməkdədir. Bu gün -13 dekabr 2022-ci il tarixində məktəbin 7 və 8-ci siniflərində biologiya, fizika və kimya fənlərindən monitorinqlər keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bu fənlər üzrə bilik və bacarıqlarının necə olmasını yoxlayıb, şagirdlərin zəif tərəflərini aşkara çıxarmaq və onlara bu yöndə kömək göstərməkdir.