"Zəfər tarixi" konfransının II mərhələsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Zəfər tarixi" konfransının keçirilməsi ilə bağlı 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə 08.12.2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə "Zəfər tarixi" mövzusunda növbəti konfrans keçirilib.

Konfransda məktəbin tarix müəllimi Səbinə Məlikova çıxış edərək  Azərbaycanın şanlı qələbəsinə uzanmış tarixi zəfər yolundan söz açmış, şagirdlərdə vətən sevgisinin, azadlıq, vahidlik, Azərbaycançılıq məfkurəsinin formalaşdırılması zəminində görülmüş işlərdən, atılmış addımlardan və davamlılığı təmin etmək üçün planlaşdırılan hədəflərdən danışmışdır.

Müəllimlərin mövzu ətrafında müzakirələri dinlənilib, təklifləri hazırlanıb.

Konfrans işgüzar şəraitdə işini başa çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi