“Narkomaniyaya yox deyək!” mövzusunda sərgi
Dekabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib.
Xətai rayonu ərazisində fəaliyyət göstərən məktəblərin şagirdləri tərəfindən bu mövzuda 100-ə yaxın rəsm əsəri YAP Xətai rayon təşkilatına təqdim olunub. Onlardan 40 rəsm əsəri seçilərək sərgiyə çıxarılıb.
257 nömrəli tam orta məktəbin 9B sinif şagirdi Banu Mirzəyeva da sərgidə iştirak etmişdir. O, “Narkomaniyaya yox deyək!” mövzusunda çəkdiyi rəsm əsərini uğurla nümayiş etdirmişdir.
Tədbirin sonunda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilib.