"STOP bulling Empatiya klubu" layihəsinə yekun vuruldu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi”ndə qrant qazanmış "STOP bulling Empatiya klubu" layihəsinin icra planına əsasən şagirdlərlə 3 ay davam edən təlimlərə yekun vuruldu.
Layihənin məqsədi bullingə qarşı mübarizədə şagirdlərdə empatiya hissinin formalaşdırılmasıdır. Layihə 7-8 ci sinif şagirdləri arasında keçirilmişdir. İlk olaraq məktəbin 500 şagirdi bu layihə haqqında məlumatlandırılıb. Empatiya klubunda bu mövzuya marağı olan 30 nəfər şagird iştirak edib və onların layihəyə seçimi psixo diaqnostik testin nəticəsinə görə olmuşdur. Və sonda eyni testlə şagirdlər bir daha qiymətlədirilib. Nəticədə empatiya klubunun məktəbin 7-8 ci sinif şagirdlərinin həyatına, psixo –sosial mühitinə necə təsir etdiyi ölçülüb. 3 ay boyunca şagirdlər təlimlərə və psixoloqla görüşlərə cəlb olunub. Empatiya klubunda maraqlı müzakirələr, psixoloji film günü də keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov gələn qonaqları, tədbir iştirakçılarını salamlayıb, sonra çıxış üçün qonaqlara söz verilib. Təhsilin İnkişafına dəstək İctimai Birliyinin rəhbəri Gülnarə Vəlixanlı, Ekspert Aru Əliyeva, aktyor Natiq Həziyev çıxış edərək layihənin şagirdlər arasında çox böyük marağından və psixoloji təsirindən danışdılar.
Sonra qrant layihənin qalibi məktəbin psixoloqu Zöhrə İbrahimova layihə haqqında çıxış edərək layihənin məktəbdə gerçəkləşməsində dəstək göstərdiyi üçün məktəb rəhbərinə müəllim və valideynlərə minnətdarlığını bildirdi. Layihə barədə çıxış üçün müəllimlər və valideynlərə də söz verildi. Sonda Empatiya klubunun 30 üzvünə sertifikatlar təqdim olundu.