Məktəbdə "Yaşıl layihə" ilə bağlı işlər davam edir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmrinin icrasından irəli gələn işlər davam etdirilir. Yaşıl layihə :"Təbiəti qoruyanlar" adlı layihə çərçivəsində dekabrın 14-də məktəbin həyətyanı sahəsində gül bağının salınması davam etdirilib. Belə ki, məktəbin sinif müəllimi İlhamə Həsənovanın şəxsi təşəbbüsünə qoşulan 1Ç və 5Ç sinif şagird və valideynləri məktəbin həyətyanı sahəsində 60 ədəd payız gülləri əkiblər. 

    Bu layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji bilik və bacarıqların artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim, şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühit və ekologiyanın mühafizəsi təbii sərvətlərin qorunmasıdır. 

    Məktəb rəhbərliyi layihəyə qoşulan müəllim, valideyn və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi