“Peşəkarlıq yolunda” layihəsi çərçivəsində valideynlərlə maarifləndirici görüş
Təhsilalanların peşə və ixtisas üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi məqsədilə bu gün məktəbdə VIII-XI sinif şagirdlərinin valideynlərilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdi.
Görüşün məqsədi valideynlərin övladlarını düzgün peşəyə istiqamətləndirməsi və bununla bağlı məlumatlandırılmasıdır.
Qeyd olunub ki, Bakı şəhərində yerləşən peşə təhsili mərkəzləri müxtəlif istiqamətlər üzrə kurslar da təşkil edir. Burada ilkin olaraq xidmət, sənaye, İKT və digər istiqamətləri əhatə edəcək kurslarda nəzəri biliklərlə yanaşı praktik bacarıqların da tədrisinə xüsusi önəm verilir.
Sonda valideynləri maraqlandıran suallara cavab verilib. Bundan əlavə, müəllimlərin şagirdləri istiqamətləndirmələri məqsədilə peşə təhsili və müxtəlif peşələr barədə məlumatlılıq səviyyələrinin artırılması planlaşdırılıb. “Peşəkarlıq yolunda” layihəsi çərçivəsində ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlər də təşkil olunacaq.