Uşaqların icbari dispanserizasiyasının mahiyyəti barədə maarifləndirmə işi aparıldı
" Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022 - ci illər üçün Dövlət Proqramı " nın təsdiqlənməsi haqqında Tədbirlər Planına uyğun işlər davam etdirilir.
Uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika , diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir.
Bununla bağlı məktəbdə mütəmadi olaraq həkim və tibb işçiləri uşaqları maarifləndirir. Bildirilir ki, dispanserizasiyanın əsas məqsədi uşaqlara keyfiyyətli tibbi xidmət göstərmək, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi , erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. Qeyd edək ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub.