Qızlar arasında maarifləndirmə tədbirləri həyata keçirilir
" Uşaqların doğulanədək cinsi seçiminin qarşısının alınmasına dair 2020-2025 - ci illər üçün Tədbirlər Planı " na uyğun işlər davam etdirilir.
Bu gün məktəbin biologiya müəllimi İradə Seyidova 6 - cı sinif qızları ilə " Qızların təhsildən yayınması hallarının qarşısının alınması " üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi mövzusunda seminar keçirmişdir.
Qızların təhsilindən danışarkən Hacı zeynalabdin Tagıyevin bir sözünü xatırlamamaq mümkün deyil: " Bir oğlana təhsil verməklə təhsilli bir oğlan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə ". Qeyd olundu ki, təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hər şeydən öncə dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Qızların məktəbdən yayınması bir çox sosial, regional, mental səbəblərdən ola bilər. Bu məsələlərdə ictimai qınağın rolu da böyük ola bilər.