Xalça muzeyinə ekskursiyaya start verildi
Məktəbin illik fəaliyyət planına əsasən ibtidai sinif müəllimi Sevinc Nəcəfovanın rəhbərliyi ilə 1 d sinfinin şagirdlərinin 2014-cü ildə müasir avadanlıqlarla təchiz olunmuş Xalça muzeyinə ekskursiyası təşkil olunmuşdu. Muzey ziyarətçilərinə bələdçinin köməyi ilə çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba, mis və saxsı qablar, digər eskponatlar haqqında məlumat verilib.
Muzeydə 10 minə yaxın eksponat saxlanılır. Eksponatlar arasında xalçalardan başqa, milli geyimlər, misgərlik və zərgərlik məmulatları, tikmə sənətinin nümunələrini görmək olar. Onlardan ən qədimi tunc dövrünə aiddir.