"Hüquqlarına doğru irəlilə" marafon yürüşü keçirildi

    Noyabrın 19-da Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş marafon yarışı keçirildi. "Regional İnkişaf" İctimai Birliyi, UNICEF-in Azərbaycan nümayəndəliyi, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunan yürüşün ardınca, uşaqlar interaktiv və öyrədici oyunlar oynadılar, əyləncəli vaxt keçirdilər. Tədbirdə çıxış edənlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaq hüquqları ilə bağlı ölkəmizdə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, uşaqlar üçün keyfiyyətli həyat standartlarının təmin olunması istiqamətində Dövlət tərəfindən atılan uğurlu addımlardan bəhs etdilər.

    Gənclik parkında keçirilən yürüşdə məktəbin 50 şagirdi və müəllimlər iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini uşaq hüquqlarına yönəltmək, həmçinin uşaqları öz hüquqları barədə maarifləndirməkdən ibarətdir. 

    Tədbirin sonunda uşaqlara hədiyyə verildi və xatirə şəkillər çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi