Payız tətilində uşaqların asudə vaxtı səmərəli təşkil olundu

    Uşaqların asudə vaxtlarının səmərəli təşkili olduqca vacib olan məsələlərdəndir. Düzgün təşkil olunmuş asudə vaxt sağlam gəncliyin təməlidir. Müəllim və valideynləri düşündürən, narahat edən məqamlardan biri tətil günlərində uşaqlar üçün faydalı olacaq doğru məşğuliyyəti seçməkdir. Bunun üçün ilk növbədə uyğun yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növü nəzərə alınmalıdır. 

    Payız tətili günlərində məktəbin  3 Ç sinif müəllimi Maral Əliyeva şagir və valideynlərlə birgə ilk əvvəl Zoologiya İnstitutunda yaradılmış Zoologiya muzeyində Azərbaycan ərazisində yaşayan heyvanların müqəvva və eksponatları ilə tanış oldular. Daha sonra "Suraxanı" gəmi muzeyində uşaqlar dünyada ilk tanker - muzeyin Bakıda olduğunu öyrəndilər. Muzeydə Xəzərin  tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyanın ilk gəmiləri, naviqasiya alətləri haqda məlumat əldə etdilər.

    Məktəbin 2 X sinif müəllimi Könül Qurbanova şagird və valideynlərlə tətil günündə Dənizkənarı Milli Parkda gəzintidə olub və cizgi filminə tamaşa ediblər. 

    Asudə vaxtın səmərəli təşkili uşaqların istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi