Narkotik və psixotrop maddələr haqqında seminar məşğələ
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqamı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tədbirlər davam etdirilir.
Narkotik və psixotrop maddələr haqqında məlumatlılığn artırılması məqsədilə məktəbin direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbəri, məktəb psixoloqu, valideyn komitəsi sədrlərinin iştirakı ilə seminar məğələ keçirildi.
Seminarı məktəbin həkimi Kəmalə Mövlunova və tibb bacısı Maya Abdullayeva təşkil etdilər.
Seminarda narkomaiyaya qarşı sistemli mübarizəni təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə təsdiq olunan narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair Dövlət proqramlarından geniş söz açılıb.