12 Noyabr - Konstitusiya Günüdür

    12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.

    Bu əlamətdar günlə bağlı 257 nömrəli tam orta məktəbdə ilk dərslər Konstitusiya Gününə həsr olundu. Sonra isə məktəbin akt zalında tədbir keçirildi.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

   Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Məktəbin tarix müəllim İlham Kərimli tədbiri giriş sözü ilə açaraq 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi.

    Sonra digər tarix müəllimləri də çıxış edərək tədbir iştirakçılarına bu tarixi günlə bağlı maraqlı məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi