"Zəfər Günü" qeyd olundu

  8 noyabr -Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər Günüdür! Qarabağ münaqişəsinin xalqımızın zəfəri ilə sona çatdığı gündür. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin qisası alındı. Bu qələbəni, zəfəri bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Noyabrın 8-i xalqımızın tarixinə şanlı qızıl hərflərlə yazıldı.

     Bu gün məktəb kollektivi böyük coşğu ilə bayram edir. Məktəbin akt zalında xüsusi hazırlanmış "Zəfər Günü" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Şagirdlər söylədikləri hər bir şeirdə, ifa etdikləri mahnı və rəqsdə vətən sevgisi, qələbə sevinci, qürur və iftixar hissi olunurdu. Onlar bu sevinci bizlərə bəxş edənləri sevə -sevə anırdı. Gecədə məktəbin müəllim və şagirdləri, polkovnik-leytenant​ Pirimov Etibar İsgəndər oğlu, şəhid məzunlar Ceyhun Həsənovun, İqbal Babayevin ailə üzvləri iştirak edirdi. Təntənəli şəkildə qeyd olunan tədbirin sonunda məktəbin direktoru "Zəfər Günü" münasibətilə hər kəsi təbrik edib, şəhid ailələrinə öz minnətdarlığını bildirdi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi