"Zəfər Günü" ilə bağlı tədbirlər davam edir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Xalqımızn qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur. Bu şanlı gün ərəfəsində məktəbdə silsilə tədbirlər həyata keçirilir.
Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Siniflər bayraqlarla, bayraq rəngli şarlarla bəzədilib. Siniflərdə şanlı "Zəfər Günü"nü nümayiş etdirən divar qəzetləri hazırlanıb. Dərslərdə hərbi geyimləri qürur hissi ilə geyinən şagirdlər bu günlə bağlı şeir və mahnılar söyləyib. Bu günün sevincini bizə yaşadanlar sevgilə yad edilib.